background img
banner
Aston Martin Rapide S 5

2014 Aston Martin Rapide S tanıdıldı

Dörd qapılı Aston Martın artan 80 at gücü ilə təqdirəlayiq ‘orta yaş’ dəyişmi keçirdi.

Yeni Rapide S, Aston Martinin hazır ki model yelpiyində mövcud dörd qapılı modelin yerini tutacaq, çünki avtomobil istehsalçısı standart Rapide-in bir az ‘yumşaq’ olduğuna qərar verdi.

Rapide S, Martda Cenevrə Avtomobil Sərgisində tanıdılacaq.

Avtomobil mövcud Rapide-lə eyni 6,0 litr həcmli V12 mühərrikə və altı çarxlı avtomatik transmissiyaya sahibdir. Ancaq mühərrikin gücü 80 at gücü daha çox, yəni 550 at gücüdür. Beləliklə 0-100 km/s sürətlənmə müddəti 0,3 saniyə azalaraq 4,9 saniyəyə düşür, maksimum sürət də 3 km/s artaraq 306 km/s-a çıxır.

Gücdəki bu artıma baxmayaraq yanacaq istehlakı 100 kilometrdə 14,9 litrdən 14,2 litrə, CO2 ixracı isə 23 qr/km azalaraq 332 gr/km-ə düşür.

Yeni modeldə mühərrikin 19 mm yerə yaxınlaşdırılması avtomobilin ağırlıq mərkəzini alçaldıbdır. Yeni üç mərhələli adaptif amortizatorlar da ‘normal’, ‘idman’ və ‘yarış’ rejimlərinə sahibdir. Amortizatorlar və sükan avtomobilin yol tutumunu idman tərzinə gətirmək üçün başdan aşağı yenidən nizamlanıbdır.

Rapide S, ayrıca daha dəbdəbəli bir ön filterdən ibarət gözəl görüntüyə sahibdir.

Bu filter, əvvəlki Rapide-ə nisbətən daha böyük və alçaq olmasına baxmayaraq Aston Martının ‘Keystone’ piyada qorumasını saxlayır.

Bu sistem avtomobil bir maneə ilə çırpılanda filteri çölə və geriyə itələyib avtomobilin daha yumşaq ön quruluşunu önə çıxararaq vuruşma qüvvətini azaldır.

Rapide S-də yüksək sürətlərdə basdırma qüvvətini artırmaq üçün baqaj qapağının içinə yerləşdirilmiş daha böyük bir arxa qanad da var

Tags Related
You may also like
Comments

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Menu Title