KLUBLAR         AVTOSIĞORTA         AVTOKATALOQ         ÜZVLÜK

Hyundai, IONIQ 5-in rəsm şəkillərini yayımladı

Yalnız elektrik modelləri istehsal edəcək Hyundai’nin yeni alt markası IONIQ, ilk görüntüləri paylaşdı.
Hyundai Motor Company, yeni alt markası IONIQ adı altında ilk modelini istehsal etməyə hazırlaşır. Bu yaxınlarda rəsmi olaraq təqdim ediləcək olan BEV seriyasının ilk modeli olan IONIQ 5, CUV-un bütün xüsusiyyətlərinə malikdir. IONIQ markası ilə yeni bir hərəkətlilik dövrünə başlayan Hyundai əvvəlcə bu modeldə qabaqcıl batareyalı elektrikli avtomobillər üçün xüsusi olaraq istehsal olunan yenilikçi bir sistem olan Electric-Global Modular Platform (E-GMP) istifadə edəcəkdir.

IONIQ 5-in yeni dizayn xüsusiyyətləri arasında Parametrik Piksellər və analoq və rəqəmsal duyğuları birləşdirən ətraf mühitə uyğun rəng materialı örtüyü (CMF) var. IONIQ 5-in ön hissəsi rəqəmsal texnologiyanı simvolizə edən yeni nəsil işıqlandırma sistemi ilə örtülmüşdür. IONIQ 5-in mühərrik başlığı da panel boşluqlarını minimuma endirərək ön hissəni əhatə edir. Beləliklə, yüksək texnoloji bir görünüş əldə edilir və eyni zamanda EV avtomobilləri üçün tələb olunan aşağı sürtünmə əmsalı əldə edilir. Eynilə, yüksək aerodinamik üçün optimize edilmiş jantlar, Hyundai EV modelinə tətbiq olunan ən böyük jant kimi seçilir. IONIQ 5-də 20 düymlük Parametric Pixel dizayn temalı təkərlər bu xüsusiyyət ilə vizualları ən üst səviyyəyə çıxarır.